Movses Akopyandan ilginc açıqlamabackend

Movses Akopyandan ilginc açıqlama

Ermənistanda 2008-ci ilin mart hadisələrində Qarabağdan Yerevana erməni silahlı cəza dəstələrinin aparılması təsdiqlənib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni silahlı dəstəsinin o vaxtkı başçısı Movses Akopyan “Azadlıq” radiostansiyasının ermənicə redaksiyasına müsahibəsində bildirib.

O, hərbçi kimi əmrləri yerinə yetirdiyini söyləyib.

Bildirilib ki, 2008-ci il fevralın 23-də Qarabağdan Yerevana əvvəlcə 300, sonra 400 silahlı aparılıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*