MSK-nın sədr müavini: “Kameralar beynəlxalq və yerli müşahidəçilərin tövsiyəsi ilə örtülüb”backend

MSK-nın sədr müavini: “Kameralar beynəlxalq və yerli müşahidəçilərin tövsiyəsi ilə örtülüb”

“Veb-kameralar saat 07.45-dən aktivdir”.

KONKRET.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, veb-kameralar səsvermə başlamazdan əvvəl fəaliyyətə başlayıb:

“Sosial şəbəkələrdə olan bəzi istifadəçilər məlumat yaymağa çalışırdı ki, veb-kameraların üzəri bağlanıb. Amma veb-kameralar tam olaraq fəaliyyət göstərir. Təhlükəsizlik kameralarının bəziləri məntəqə seçki komissiyasında yerləşir. Beynəlxalq və yerli müşahidəçilər tövsiyə etdi ki, onların üzəri örtülsün. Bundan öncəki seçkilərdə də belə olub. Burada veb-kameraların üzərinin örtülməsindən söhbət gedə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*