Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.
Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır” – məlumatda deyilir.

Salam her vaxtiniz xeyir bilmirsiz seferbeylikde olan her kese medal duwecek mudafiede olanlara?
Əsgərliyə getmiyənlər üçündü bu kamisiya
coxsuna düşüb
Herbi xidmeti basa vurub muharibeye gore xidmetlerini davam etdirenler ne zaman evlerine buraxilacaq. Deqiq resmi melumat verilmir. Xaiw edirem cavabliyasiniz
Mənim oglum oktyabr təxrisidi nə vaxt buraxılır
Salam men Eliyev Elvin Qenber oğlu Kelbecer uğrunda geden dövüşlerde murov istiqametinde doyuslerde iştirak etmişem bilimle birlikte doyüşde iştirak edenlere medal verdiler ama bizlere verilmedi bize dedilerki seferberliyden gelenlere medal düşmür bu nece ola bilerki başa düşe bilmirem niye bele edirler axi bir komeklik gostererdiz.
Salam men xidmeti uygunsuzluqla texris olunmuwam. Yeniden iwe qebul edile bilerem??
Həqiqi hərbi xidməti bitmiş əsgərlər nə vaxt təxris edilir Anaların gözü yolda qalıb
Salam DSX dan xidmətə uyğunsuzluq dan təxris olmuşam milli orduda işləyə bilərəm ali tehsoliyem