Müharibədə 4 nəzarətçi-müəllim şəhid oldu – DİMbackend

Müharibədə 4 nəzarətçi-müəllim şəhid oldu - DİM

Bu il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi tərəfindən fəxri fərmanla təltif edilib. Ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.

KONKRET.azın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var:
”2008-ci ildən başlayaraq, nəzarətçi müəllimlərin işlərini qiymətləndiririk. 10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriterilayaralr əsasında seçilir”.

M.Abbaszadə əlavə edib ki, DİM sədri əlavə edib ki, bu il 50 nəzarətçi-müəllim DİM-in imtahanlarında iştirak etdikdən sonda sentyabrda başlayan müharibədə iştirak edib. Onların 4-ü şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*