Musa Əzizov faciəvi şəkildə ÖLDÜbackend

Musa Əzizov faciəvi şəkildə ÖLDÜ

Tanınmış pedaqoq Musa Əzizov (Musa Əziz) faciəli şəkildə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, M.Əziz yolu keçərkən onu avtomobil vurub.

Nəticədə ziyalı dünyasını dəyişib. Hadisənin Gəncə şəhərində baş verdiyi qeyd edilir.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət Kəlbəcərdə çıxan “Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub.

M.Əzizov həm də YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü olub.

Allah rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*