Müxalifət Ermənistan prezidentliyinə namizəd irəli sürə bilər – Ayvazyanbackend

Müxalifət Ermənistan prezidentliyinə namizəd irəli sürə bilər - Ayvazyan

Müxalifət Ermənistan prezidentliyinə namizəd irəli sürə bilər. 

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Konstitusiya məsələləri üzrə ekspert Vardan Ayvazyan Sputnik Ermənistan-a deyib. O ekspert seçkilərin prosedurunu təqdim edib.

Ayvazyan bildirib ki, yeni dövlət başçısının namizədliyi həm hakimiyyət, həm də müxalifət tərəfindən irəli sürülə bilər, çünki namizədliyin irəli sürülməsi üçün deputatların dörddə birinin səsi lazımdır.

Nəzəri olaraq dörd namizəd irəli sürülə bilər. Deputatların səslərinin ¾-ni alan şəxs seçilir, yoxdursa, ikinci tur keçirilir – səslərin 3/5-ni alan şəxs seçilir.

Əgər o zaman da prezident seçilməsə, o zaman ən çox səs toplayan iki namizəd bir-biri ilə rəqabət aparır. Qalib isə deputatların 50%-dən çoxunun səs verəcəyi şəxsdir.

Ermənistanda növbədənkənar prezident seçkiləri prezident vəzifəsi üçün vakansiya açıldıqdan sonra 25-dən gec olmayaraq və 35 gündən gec olmayaraq keçirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*