Müxalifət planını açıqlayıbbackend

Müxalifət planını açıqlayıb

Gürcüstan müxalifəti oktyabrın 28-i axşam Tbilisidə keçiriləcək mitinqdə fəaliyyət planını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bunu “Lelo” partiyasının lideri Mamuka Xazaradze deyib.

Onun sözlərinə görə, mitinq dinc keçəcək.

Gürcü siyasətçi planın hazırlanması və həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla birgə iş görüləcəyini bildirib:

“Bir neçə ölkə hələ iştirakını təsdiq etməyib və biz hələ də digər ölkələrin açıqlamalarını gözləyirik”.

Bundan əvvəl müxalifətdə olan “Güclü Gürcüstan” partiyası seçkilərdəki məğlubiyyətdən sonra parlamenti boykot etdiyini açıqlamışdı. Artıq Vahid Milli Hərəkat və Dəyişiklik Koalisiyası partiyaları parlamenti boykot edəcəklərini bəyan ediblər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*