Müzəffər Azərbaycan əsgəri ilə erməninin DİALOQU: Hamımız insanıq! – VİDEO +18backend

Müzəffər Azərbaycan əsgəri ilə erməninin DİALOQU: Hamımız insanıq! - VİDEO +18

Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə Azərbaycan hərbçisi ilə erməni arasında maraqlı söhbətin videosu yayılıb.

KONKRET.az xəbər verir ki, söhbətdə əsgər erməniyə deyir ki, onsuz da bütün ərazi Azərbaycana məxsusdur. Azərbaycan əsgəri xəbərdarlıq edib ki, əgər ermənilər heç bir tələb olmadan sülhməramlıların nəzarətində olan ərazidən Azərbaycanın nəzarətində olan ərazilərə keçsələr, onda başqa söhbət olacaq.

Erməni razılaşıb və təsdiq edib ki, torpaq həm sizindir, həm onlarındır və hamımız insanıq.

Düzdür, erməni “sizdən kimsə” sözünü söyüş kimi başa düşüb və demək olar ki, özünü incik kimi aparıb. Amma əsgər ona hər şeyi yenidən izah edib. Erməni söhbətin nədən getdiyini anlayıb.

Erməni həmçinin “qanun pozuntuları” etməyəcəklərinə söz verib və bildirib ki, özü 11 yaşında ikən Bakıdan bura gəlib.

Erməni: “Azərbaycanlılarla çörək kəsdim, hətta bir azərbaycanlı dostum var”.

Azərbaycan əsgəri: Allah hər kəsə kömək olsun!

Erməni: Hamıya, Allah hamıya kömək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*