Narkoloji Dispanserdə yanğın: 1 nəfər ölüb, 7 nəfər yaralanıbbackend

Narkoloji Dispanserdə yanğın: 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə yanğın baş verib.

KONKRET.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dispanserin ikinci mərtəbəsində 10 kvadratmetr ərazisində baş verən yanğın zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların tüstüdən zəhərləndiyi bilidirilir.

Yanğın tam söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

İlkin ehtimallara görə, yanğına səbəb söndürülməmiş siqaret kötüyünün yerə atılması olub. Digər versiya kimi, elektrik naqillərində yaranmış qısaqapanma göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*