Alyans liderləri Ukraynaya dəstəyi artırmaq barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə NATO Baş Katibi Stoltenberq bu gün keçirilən sammitdə bildirib. O deyib ki, Alyans Ukraynaya kibertəhlükəsizlik və bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqlar sahəsində yardım göstərmək qərarına gəlib.
“Biz münaqişənin Avropada və ya NATO ilə Rusiya arasında müharibəyə çevrilməsinə imkan verməməliyik”, – deyə Stoltenberq vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
