Naxçıvanda avtomobil piyadanı vurdubackend

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb.

Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını vurub.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*