Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQbackend

Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQ

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib.

KONKRET.az xəbər verir ki, müşavirədə Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

M.Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib.

Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sentyabrın 15-dən dərslərin başlanması haqqında dəqiq məlumat yoxdur.

Bu vəziyyətlə bağlı qərar veriləcək.

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında dünya təcrübəsindən danışıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfova “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzulu virtual müşavirələrin keçirilməsi qərara alınıb.

  • Aıl
    İyul 4, 2020 - 16:50

    Salam men 9 cu sinifəm kollece vermek isteyirem her 2 merheleni de vermişem amma aşağı ball toplamışam deye bilersiz ballar toplanacaq

  • Rəcəb
    İyul 5, 2020 - 12:15

    Zaqatala məktəblərində şagirdlər çox keçid bala cavab verə bilməyən bal toplayıblar.Ümumiyyətlə keçid bal doqquzlardanəqədərdir.Keçid bal toplaya bilməyənlərə güzəşt olunacaqmi?

  • Əliyeva Nərmin
    İyul 5, 2020 - 13:21

    Salam mən 9-cu sinifdən kollecə daxil olmaq istəyirəm.1-ci imtahandan 48.5 bal yığdım.İkinci imtahanda isə təhsil nazirliyinin 1-ci imtahandan 100 bal üzərindən hesabladıqlarından 211 bal yığdım.İndi mən kollecə qəbul olmaq üçün yenidən imtahan verməliyəm? Xahiş edirəm sualıma cavab verəsiniz

    • sebnem
      İyul 5, 2020 - 21:54

      Siz kollece vermek ucun imtahan vetmeliydiz mence evvelden sened vetmeliydizki men kollece getmek isdeyirem

  • Mələkxanım
    İyul 6, 2020 - 01:42

    Salam .Mən bilmək istərdim ki universitetlərin açılma ehtimalı var? Türkiyə, Rusiya axır bizdə bəs?Onlar hansı qayda tətbiq edib açırlar?Çıx xahiş edirəm bizdə də açılsin .Məsələn hər üniversitetdə mühafizə xidməti olur tapşırılsın ki içəri maskasiz tələbə qoymasınlar .Əks təqdirdə mühafizə və tələbə cərimə.odəsin .Sonra hər bir müəllimə tapşırılsın ki telebeyə maskasiz dərsdə oturmasına imkan verməsin bufetdə polis olsun nəzarət etsin deyə
    .Əslində qorunmaq üçün çox yol var .Mən çox istəyirəm ki uni açılsin 😔😔 onlayn təhsil bizə yaramır axı..sağ olun 🥺

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*