Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
