Neftçalada yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Neftçalada yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

=======================================================================================================

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə,  Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*