“Ermənistan dövlətçiliyinin funksionallığına yenidən baxılması zərurəti qarşısındadır”.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Ermənistan xaricdə işlənib hazırlanan və həyata keçirilən planların həyata keçirilməsi üçün tramplin və ya forpost deyil, öz vətəndaşlarının təhlükəsizliyini, rifahını, azadlığını və xoşbəxtliyini təmin edən ölkədir. Ermənistanın milli marağı məhz iqtisadi inkişafdır və bütün konsepsiyalar yalnız bu kontekstdə qiymətləndirilməlidir”, – deyə Ermənistanın baş naziri vurğulayıb.