“Nikol erməni xalqına 38 milyard dollardan çox ziyan vurdu” – Manukyanbackend

"Nikol erməni xalqına 38 milyard dollardan çox ziyan vurdu" - Manukyan

“Baş nazir Nikol Paşinyan son 4 ayda Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Hərbi Sığorta Fondu Himayəçilik Şurasının üzvü Mesrop Manukyan özünün facebook səhifəsində yazıb. O əlavə edib ki, “Bunun 7 milyard dollarlıq hissəsi insan itkisidir (buraya təxminən 4500 ölən və itkin düşmüş hərbçi, 5000 birinci qrup əlil, 6000 ikinci qrup əlil daxildir).

“Hayastan” Ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən ərazilərə təxminən 150 milyon dollar sərmayə qoymuşdu. Yalnız Şuşada 15 milyon dollar dəyərində proqramlar həyata keçirilmişdi. Müdafiə sisteminə dəyən ziyan təqribən 2 milyard dollar, Sotk (Zod) mədəninin itkisindən gələn ziyan təqribən 8 milyard dollar, bank sistemindəki zərər 1 milyard dollar, infrastruktura dəyən ziyan təxminən 2 milyard dollar, Qarabağdakı itirilən su elektrik stansiyalarının dəyəri 600 milyon dollar civarındadır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*