“Nikolu dayandırın!” – Ermənistan səfirliyi qarşısında mitinq keçirilir – VİDEObackend

"Nikolu dayandırın!" - Ermənistan səfirliyi qarşısında mitinq keçirilir - VİDEO

Baş nazir Nikol Paşinyanın Rusiya paytaxtına gəlməsinə qarşı Moskvadakı Ermənistan səfirliyi yaxınlığında etiraz aksiyası keçirilir. Etiraz aksiyasının iştirakçıları səfirlik binasının hasarına “Biz xalqıq! Biz əleyhinəyik”, “Nikol Türk”, “Dur Nikol” və başqa plakatlar asılıb.

KONKRET.az xəbər verir ki, bu barədə videonu “AyDat”-ın Moskva ofisinin rəhbəri Nerses Nersesyan özünün facebook səhifəsində yerləşdirib.

Bu arada müxalif Vətəni Qurtarma Hərəkatı, Ermənistan və Qarabağın mənafelərinə zidd olan hər hansı bir qərarın qanunsuz olaraq tanınacağını və erməni xalqı tərəfindən rədd ediləcəyini bəyan edib.

Bundan əlavə, müxalifət fəalları səhər tezdən Zvartnots beynəlxalq hava limanına gedən yolu da bağlamağa cəhd ediblər. Polis müdaxiləsi nəticəsində yol açılıb və baş nazirin korteji hava limanına keçməyi bacarıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*