Nitsa – Köln matçında azarkeşlər arasında dava: 7 yaralıbackend

Nitsa - Köln matçında azarkeşlər arasında dava: 7 yaralı

UEFA Konfrans Liqasında bu axşam keçiriləcək Nitsa – Köln matçı öncəsi iki komandanın azarkeşləri arasında toqquşma yaşanıb. 

KONKRET.az xəbər verir ki, hadisələrə görə matç təxirə salınsa da, ikisinin ağır olmaqla yeddi yaralı olduğu bildirilir.

UEFA Konfrans Liqasının D qrupunda “Nitsa” və “Köln” komandaları arasında baş verən döyüş hadisələrinə görə hələ başlamayıb. Fransanın Allianz Riviera şəhərində oynanılacaq matçdan əvvəl iki komandanın tərəfdarları arasında gərginlik artıb və hadisələr fiziki təmasa keçib.

RMC Sport-un xəbərinə görə, Köln azarkeşi təxminən 5 metr hündürlükdən yıxılıb, ikisi ağır olmaqla 7 nəfər yaralanıb.

UEFA saat 19.45-də başlamalı olan döyüşü 20.45-ə təxirə salsa da, hər hansı insident baş verərsə, mübarizənin daha gec tarixə keçiriləcəyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*