backend

Nursultan Nazarbayev COVID-19-dan sağaldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Koronavirus diaqnozu qoyulan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev sağalıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydos Ukibay öz “Twitter” səhifəsində məlumat verib.

“Yaxşı xəbərim var. Bu gün Elbaşının testi mənfi nəticə göstərdi. Həkimlərin tövsiyələrinə əsasən, Nursultan Nazarbayev özünü təcridetmə rejimini davam etdirəcək, uzaqdan çalışacaq və təmiz havada gəzməyə vaxt ayıracaq” deyib.

Nazarbayevin xəstəliyi iyunun 18-də məlum olub.

                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*