Odessanın meri: “Rusca olan hər şeyə nifrət var”backend

Odessanın meri: "Rusca olan hər şeyə nifrət var"

“Mən rusların hər şeyinə nifrətin artmasından narahatam”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov “The New York Times”a müsahibəsində bildirib.

“Odessa Ukraynanın multikultural paytaxtıdır. İndi mənə təzyiq göstərirlər ki, Puşkin küçəsinin adının dəyişdirim. Mən belə bir təşəbbüsü dəstəkləməyəcəm”, deyə mer bildirib.

Amma Truxanov qeyd edib ki, Odessada adları Rusiya ilə bağlı olan bir neçə küçənin adları dəyişdiriləcək: “Söhbət Odessanın tarixi ilə heç bir əlaqəsi olmayan şəhər küçələrinin adlarından gedir. Novomoskovskaya, Borodinskaya, Voronejskaya, Kurskaya, Çapaeva və digər küçələrin adları dəyişdirilməlidir”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*