Oğuzda avtomobil aşdı: Yaralılar varbackend

Oğuzda avtomobil aşdı: Yaralılar var

Oğuzda yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Nicat Novruz oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişin, rayonun Tərkeş kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Muxtar Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*