“Ölkəni təslim etdilər, indi də hissə-hissə təhvil verirlər, ancaq özləri günahlandırmağa kimisə axtarırlar” – Abramyanbackend

“Ölkəni təslim etdilər, indi də hissə-hissə təhvil verirlər, ancaq özləri günahlandırmağa kimisə axtarırlar” - Abramyan

“Ölkəni təslim etdilər, indi də hissə-hissə təhvil verirlər, ancaq özləri günahlandırmağa kimisə axtarırlar”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan öz Facebook hesabında paylaşım edib:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi və müdafiə naziri, Hüquq Müdafiəçisinin Sotk-Xoznavar hissəsindəki vəziyyətlə əlaqədar təqdim etdiyi hesabatları təkzib etmək əvəzinə, 12 may tarixində Azərbaycan ordusunun Ermənistanın daxilinə necə irəlilədiklərini izah etsin. Buna görə kim məsuliyyət daşıyacaq? Bu ərazinin mühafizəsiz qalmasına kim cavabdeh olacaq?  3,8 kilometrə qədər dərinliyə Azərbaycan ordusu necə nüfuz edib? Bütün bu suallara cavab vermək əvəzinə Ermənistan Müdafiə Nazirliyi xalqa nağıl danışır. Ölkə təslim edildi, indi hissə-hissə təhvil verilir, hakimiyyət isə ittiham etmək üçün kimisə axtarır” – Abramyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*