Dünyaya demokratiya dərsi keçməyə çalışan, lakin işğalçı Ermənistanı dəstəkləməklə öz imicini yerlə bir edən Fransa haqda tarixdə kifayət qədər dəhşətli faktlar mövcuddur. Əslində demokratiya məfhumunun “d” hərifindən xəbərdar olmayan, tarix boyu qətliamlar törədərək, işğalçılıq planlarını həyata keçirərək “ad” çıxaran Fransanın indi Azərbaycanı öz hüququ uğrunda apardığı mübarizəyə görə dışlamağa heç bir mənəvi haqqı çatmır. Bunu tarixdə baş verən bir çox hadisələr sübuta yetirir.
KONKRET.az Fransanın tarixdə törətdiyi qətliamlar və işğallar haqda dəhşətli faktları təqdim edir:
1. Fransa 1917-ci ildə Çadın işğalı zamanı 400 müsəlman alimini məscidə toplayaraq başlarını kəsib.
2. Fransa 1852-ci ildə Əlcəzairin Laqhoat şəhərinə girərkən əhalisinin üçdə ikisini bir gecədə odda yandıraraq məhv edib.
3. Fransa 1960-1966-cı illər ərzində Əlcəzairdə 17 nüvə sınağı keçirib və nəticədə 27-100 min arasında insan həyatını itirib. Faciənin təsirləri bu gün də mövcuddur.
4. Fransa 1962-ci ildə Əlcəzairi tərk edərkən, o vaxtkı yerli əhalinin sayı qədər ( 11 milyon) mina basdırıb.
5. Fransa Əlcəzairi 132 il işğal altında saxlayıb. Fransızlar işğaldan sonrakı ilk 7 ildə bir milyon müsəlmanı, getməmişdən öncəki 7 ildə isə daha milyon yarım müsəlmanı məhv edib.
6. Fransız tarixçisi Jak Qorki, Fransanın Əlcəzairi işğal etdiyi 1830-1962-ci illərdə qətlə yetirilən müsəlmanların ümumi sayının 10 milyon olduğunu təxmin edib.
7. Fransa Tunisi 75 il, Əlcəzairi 132 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğal altında saxlayıb.
8. Fransa Misirə daxil olanda fransız əsgərləri atları ilə məscidlərə girərək qadınları ailələrinin gözü qarşısında zorlayıb, məscidlərdə spirtli içkilər içib, ibadətgahları tövləyə çeviriblər.
Qərbin radikal düşüncəli insanları zaman-zaman İslam dininə və onun Peyğəmbərinə (s.ə.s) qarşı çamur atmaqdan, müsəlmanları terrorçu adlandırmaqdan çəkinmirlər. Odur ki, sadaladığımız bu faktlar Fransa sivilizasiyasını tərifləyən, hətta onu müdafiə edən və bu ölkənin qara tarixini unudan şəxslərə ən bariz sübutdur. Fransızlara öz tarixlərini xatırlatmaq vacibdir.

Müşviq Tofiqoğlu,
KONKRET.az
