“Onlar dayanmadılar, getdilər” – Arayik ən böyük səhvlərini AÇIQLADIbackend

"Onlar dayanmadılar, getdilər" - Arayik ən böyük səhvlərini AÇIQLADI

“Gələcəyimiz Rusiya ilə birlikdə mövcud vəziyyətə qarşı dayanmaq üçün daha dərin hərbi-siyasi əməkdaşlıqdan keçir”.

KONKRET.az xəbər verir ki, bunu Xankəndidəki separatçıların qalıqlarının lideri Arayik Arutyunyan deyib.

Separatçıbaşı ən böyük səhvlərinin 1992-ci ilin 13 iyununda Ağdərə, Xocavənd və Hadrutun kəndlərindən qovulan erməniləri müdafiə edə bilməmələri olduğunu bildirib:

“O zaman 50 mindən çox erməni Qarabağdan getdi. Baxmayaraq ki, onları yerləşdirə bilərdik. Bu da səbəblərdən biridir. Çünki bu dövrdə Qarabağda erməni əhalisi 45 min deyil, 200 mindən çox olmalı idi. Ancaq onların 10 faizi belə dayanmadı və getdilər”.

Bununla da Xankəndidə qalan separatçıların tör-töküntüsünün lideri əslində orada maksimum 45 min erməni yaşadığını etiraf edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*