Ukrayna XİN rəhbəri Dmitro Kuleba yalan məlumatlar yayan Rusiya təbliğatçıları ilə bağlı Avropaya çağırış edib.
KONKRET.az xəbər verir ki, XİN rəhbəri bu şəxsləri Ukraynanın dinc sakinlərinə bombalar yağdıran Rusiya pilotlardan da pis adlandırıb və onlara qarşı sanksiyaların tətbiq edilməli olduğunu bildirib:
“Rusiya televiziyalarının təbliğatçıları hətta rus pilotlarından da pisdirlər. Pilotların, heç olmazsa, vurulmaq təhlükəsi var. “Danışan başlar” isə təhlükəsiz şəkildə yatır, sonra efirə çıxır və təbliğat aparırlar. Onların hər birinə sanksiya tətbiq edin. Bütün zəhərli rus təbliğatını və ona kömək edənləri bloklayın”.
Vəsilə İbrahim,
KONKRET.az