“Onların taleyi Moskva və Vaşinqtonda artıq çoxdan həll olunub”backend

"Onların taleyi Moskva və Vaşinqtonda artıq çoxdan həll olunub"

Ermənistanda siyasi proseslər ildən-ilə fərqli məcrada inkişaf edir. Özlərini dünyaya demokratiya carçıları kimi sırımaq istəyən ermənilərin siyasi sistemində əməlli-başlı çökmə müşahidə olunur. Paşinyanın komandası ölkədəki digər siyasi qurumlara təzyiq edir və erməni cəmiyyətinin ictimai fikrini dəyişməyə çalışır. Ötən ilin sonlarında müxtəlif partiyaların rəhbərləri ilə görüşlər keçirən Paşinyan rejiminin bu addımı narazılığa səbəb olub. Bununla belə Nikol öz partiyasının sıralarını təmizləməyə davam edir və bu da ermənilərin ürəyincə deyil. Yeni il günlərində parlament və hökumət üzvləri yalnız Paşinyanın icazəsi ilə İrəvanı tərk edə biliblər. Baş nazir onlara xüsusi tapşırıq verib və gecə-gündüz əlaqə saxlamağı, ölkəni tərk etməməyi əmr etdiyi üçün bəziləri xarici səfərlərini təxirə salıb.

Paşinyana yaxın insanlar şəxsən baş nazir ailəsini təbrik edə bilib. Qalanları bayram günlərini giriş zonasında tam döyüşə hazır vəziyyətdə keçiriblər.

KONKRET.az xəbər verir ki, erməni ekspertlər hesab edirlər ki, son zamanlar sorosçuların təsiri xeyli zəifləyib. Paşinyan onların məsləhətlərinə deyil, məlum prinsipə qulaq asır: “İstəsəm, Vaşinqton və Brüsselin himayəsi altında prosesi davam etdirərəm, amma vasitəçisiz danışıqlara getməyə də hazıram”.

Paşinyanın diktaturasından danışarkən ən böyük təzyiq partiyanın idarə heyətindən tutmuş, bütün səviyyələrdə hiss olunur. Nikol deputatlardan nazirlərə kimi dövlətin idarə olunmasında iştirak edən hər kəsə nəzarət edir, hakim elitanı zənginləşdirməyin bütün rıçaqlarını bilir. Bu gün ancaq spikerə, xarici işlər, müdafiə və daxili işlər nazirlərinə dövlət hesabına varlanmağa icazə verilir. Qalanlar baş prokurorun və İstintaq Komitəsi rəhbərinin nəzarəti altındadır. Paşinyan partiya və inzibati aparat daxilində vintləri sıxır, öz iradəsinə universal və total tabeçilik sistemi formalaşdırmağa çalışır. Bəzi iddiaların əksinə olaraq, rejim rəhbəri ölkə daxilində heç kimdən asılı deyil. O, qərar verməkdə tamamilə azaddır və heç kimin fikrini rəhbər tutmur.

Ermənistan mətbuatı iddia edir ki, Paşinyan ölkənin taleyini təkbaşına həll edir. Xarici İşlər Nazirliyi, Parlament və Konstitusiya Məhkəməsi onun iradəsinin itaətkar icraçılarıdır. Buna görə də sülh sazişinin ratifikasiyası ilə bağlı heç bir problem olmayacaq. Erməni ekspertlərin fikrincə, Azərbaycanın şərtləri ilə Brüssel və Vaşinqtondan Paşinyana istənilən təklif verilə bilər. Paşinyan da bu təklifləri qəbul etməyə meyllidir: “2023-cü ilin sonlarına yaxın rejimin televiziya kanallarında yeni hazırlanmış analitikləri peyda oldular və onlar auditoriyaya Ermənistanın bir dövlət kimi ləğv edilməsi barədə qərarın artıq qəbul edildiyi barədə informasiyalar ötürməyə başladılar. Ümidsizlik qəsdən inqilab ölkəsinin vətəndaşlarının şüuruna yeridilir. İzah olunur ki, onların taleyi və gələcəyi Moskva və Vaşinqtonda artıq çoxdan həll olunub və buna görə də istənilən müqavimət mənasızdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*