Onlarla ailəyə pulsuz torpaq sahələri veriləcək – Gürcüstandabackend

Onlarla ailəyə pulsuz torpaq sahələri veriləcək - Gürcüstanda

Təbii fəlakətlərdən zərər çəkmiş ailələr və məcburi köçkünlər dövlətdən simvolik qiymətə bir lari olmaqla 160 hektar torpaq sahəsi alacaqlar.

KONKRET.az “Sputinik-Gürcüstan”a istinadən xəbər verir ki, qətnamə hökumətin bazar ertəsi, mayın 29-da keçirilən iclasında təsdiq edilib.

Hökumət iclasına Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə baş tutub. Nazirlər Kabinetinin üzvləri ümumilikdə 18 məsələni müzakirə ediblər.

Mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 133 ailə torpaq sahəsi alacaq. Torpaqlar üzərində yerləşən yaşayış sahələri ilə birlikdə verilir.

Mülkiyyətə verilən torpaq sahələri Xoni (İmereti), Axmeta, Laqodexi, Siqnaxi (Kaxeti), Tsalka, Tetritskaro, Marneuli (Kvemo Kartli), Ninotsminda (Samtsxe Cavaxeti) bələdiyyələrində yerləşir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*