“ABŞ-la Rusiya arasında münasibətlər hazırda yaxşı deyil”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Pis olan əlaqələri poza bilməzsiniz. Onsuz da pisdir”, – deyə Kreml rəhbəri bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti ABŞ-da prezident seçkilərində qalib gələn Cozef Baydeni hələ də təbrik etməyib.
Kreml bunun səbəbini Putinin yekun rəsmi nəticəni gözləməsi ilə əlaqələndirib.
