Ordumuzun işğaldan azad etdiyi torpaqlardan VİDEObackend

Ordumuzun işğaldan azad etdiyi torpaqlardan VİDEO

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən görüntülər yayılıb.

KONKRET.az Real TV-yə istinadən xəbər verir ki, görüntülərdən artıq Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin həmin ərazilərdə möhkəmləndiyi görünür.

Ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib. Texnikanın içində və ərazidə Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.

Hazırda Azərbaycan Ordusunun işğal altında qalan torpaqların azad edilməsi istiqamətində əməliyyatları davam etdirilir.

İlkin açıqlanan məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*