Orta məktəb şagirdi “Qubadlısız 27 il…” adlı qısametrajlı videoçarx hazırladıbackend

Orta məktəb şagirdi "Qubadlısız 27 il..." adlı qısametrajlı videoçarx hazırladı

Qubadlı rayonu Əliquluşağı kənd orta məktəbinin 7-ci sinif şagirdi bloger Ömər Allahverdiyevin ideyası çərçivəsində Qubadlının işğalından 27 il ötməsi ilə bağlı “Qubadlısız 27 il…” adlı qısametrajlı videoçarx hazırlanıb.

Ömər Allahverdiyev KONKRET.az-a bu video-çarxın hazırlanma səbəbindən danışıb: “İdmanda, həyətdə dostlarım həmişə haralı olduğumu soruşanda “Qubadlılıyam” cavabından sonra zarafat anlamında ələ salırdılar… Bir gün gəlib bunu anama danışdım. Çünki hər dəfə bu məni incidirdi. Onlara cavab verə bilmirdim. Anam izah elədi ki, Qubadlı ziyalıları, alimləri, yazarları, generalları və şəhidləri ilə məşhurdur.

Ondan sonra bu video-çarxı hazırlamaq qərarına gəldim. Sadə telefonla çəkdik. Çünki bu yaşda əlimdə olan imkanlar bu idi. Demək istədiklərimi video ilə nə qədər çatdıra bildim, bilmirəm. İnşallah böyüyüb Qubadlı haqda geniş filim çəkəcəyəm.

Sonda onu demək istəyirəm ki, biz bizə hansı dəyəri veririksə o dəyərdən ibarətik”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*