Ovannisyanın MƏQALƏSİ – “Ermənistan dövlətini xilas edə bilərik”backend

Ovannisyanın MƏQALƏSİ - “Ermənistan dövlətini xilas edə bilərik”

“Elə edək ki, sabah göz yaşlarımızla itirilmiş Qarabağ və Zəngəzur üçün tost qaldırmayaq”

KONKRET.az xəbər verir ki, bu sözləri Alternativ Layihələr Qrupunun üzvü Vahe Ovannisyan “Əsl resursumuz haradadır?” adlı yeni məqalədə bildirib.

O daha sonra yazıb: “Hər kəs bu ifadəni bilir: Ümid ən sonda ölür. Davranış problemləri ilə bağlı bəzi yazıçıların başqa yanaşması var: ümidi öldürmək lazımdır, çünki o, insanın öz gücü ilə hərəkət etmək iradəsini əlindən alır.

Bunun izahı belədir: çətin vəziyyətlərdə yalnız “ümid”ə arxalanmaq bizi passiv şəkildə fəlakəti gözləyənlərə çevirir.

İndi oxşar bir şey görürük. Biz etiraf edirik ki, sərtləşmiş “nikolomaniya” həm bütün sorğularda, həm də real həyatda onsuz da çox aşağı ictimai dəstək alır.

Digər tərəfdən, biz passiv anti-nikolistlərin 65-70%-ni prosesin müsbət iştirakçılarına çevirmək üçün səy göstərmirik. Niyə?”

Ovanisyan yazısında vurğulayır: “Məndən tez-tez soruşurlar ki, həqiqətən dəyişiklik etmək üçün nə etmək lazımdır? Bu suala aydın cavab Karin Tonoyanın sadə formulunun əsasında dayanır. Və əgər “resursa” sahib olanlar (o cümlədən dövlətin və cəmiyyətin vəsaiti hesabına toplananlar) birbaşa bizim gözümüzə baxmaq və real dəyişikliklərə töhfə vermək istəmirsə, o zaman bildirməliyik ki, ölkənin bu tarixi mərhələsində onlar, bir siyasi resurs olaraq yerində deyil.

Bizim real siyasi və insan resurslarımızın düzgün, dürüst inventarını aparmağımız vacibdir. O zaman biz rusların, amerikalıların mərhəmətinə və ya mifik ümidə boyun əymədən səriştəli çıxış yollarını tapa biləcəyik.

Hərəkət etmək vaxtıdır!

Əliyevin dünənki sözlərinin həmmüəllifiyik.

Biz Nikolanın təhlükəli mətnlərinin həmmüəllifiyik.

Biz Vaaqn Xaçaturyanın satqın mətnlərinin həmmüəllifiyik. Biz onlara icazə veririk.

Ona görə də elə edək ki, sabah göz yaşlarımızla itirilmiş Qarabağa, Zəngəzura tost qaldırmayaq. Bizdə təəssüf ki, belə bir milli ənənəmiz var, o zaman görünən rahatlıqdan, evlərdən, ofislərdən, restoranlardan çıxmaq lazımdır. Bu,  fraksiyalardan, partiyalardan və hər hansı digər məhdudlaşdırıcı formatlardan zəruridir və odur ki, dərhal hərəkətə keçmək lazımdır. Bir neçə cəbhədə böyük həcmdə konkret addımların atılmasına ehtiyac var.

Bütün bunları etsək, biz dövləti və Qarabağı hələ də xilas edə bilərik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*