Paşayev Yefremova müraciət etdibackend

Paşayev Yefremova müraciət etdi

Azərbaycanlı Elman Paşayev bir müddət vəkili olduğu və hazırda istintaq təcridxanasında cəza çəkən Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremova cansağlığı arzulayıb.

KONKRET.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Sizin gözəl ailəniz, sizi sevən həyat yoldaşınız var. Siz ləyaqətlisiniz. Siz vicdanlısınız. Siz ədəblisiniz”, – vəkil “NTV” telekanalının efirində ona müraciət edib.

Paşayev bildirib ki, Yefremova onu atmayacağına söz verib.

“Hər an yanınızda olacağam. Əlbəttə, əgər məni həbs etməsələr”, – o əlavə edib.

Qeyd edək ki, bu ilin iyununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bir müddət əvvəl isə Şimali Osetiya Vəkillər Palatası ​azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib. Paşayevin vəkillik statusundan bir il müddətinə məhrum edildiyi qeyd olunub. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*