Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.
KONKRET.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gəlib.
Qeyd edək ki, parlament seçkilərində on səkkiz siyasi qüvvə – 16 partiya və iki partiya bloku iştirak edir. Ölkə üzrə 2 000-dən çox seçki məntəqəsi açılıb.
Partiyalar üçün seçki həddi 4 %, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 %, dörd və ya daha çox partiyadan ibarət birliklər üçün isə 10 % təşkil edir. Qanunla minimum seçici fəallığı həddi nəzərdə tutulmayıb.
