backend

Paşinyan zirzəmilərdəki cəsəd qalmaqalına REAKSİYA VERDİ

Dövlət sistemi dəyişir, amma orada çalışan insanları dəyişdirmək çətindir.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məhkəm-tibbi ekspertizasının Abovyan bölməsində hərbçi qulluqçuların qalıqlarının zirzəmidə plastik torbalarda saxlanmasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə tibbi-ekspertiza mərkəzi yalnız İrəvanda fəaliyyət göstərib. Bölgələrdə patoloqlar müvəqqəti təchiz olunmuş otaqlarda iş aparıblar. 2018-ci ildən bəri İrəvandakı anatomik mərkəzin ərazisi səkkiz dəfə artırıldı və respublikanın yeddi şəhərində şöbələri açılıb. Bundan əlavə, genetik tədqiqat üçün heç bir alət olmayıb. İlk DNT-sekvenseri 2018-ci ildə, digəri 2020-ci ildə alınıb. Məhkəmə ekspertləri və patoloqlar üçün əmək haqqı fondu 25% artıb. Son aylarda onlar həftənin yeddi günü 24 saat çalışıblar.

Paşinyan qeyd edib ki, səhiyyə naziri və ya digər rəhbərlər şəxsən hər gün hər bir müəssisəyə baş çəkib, kimin necə işlədiyini izləyə bilməz. O, bütün günahkarların məsuliyyət daşıdığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*