Paşinyanın Putinə göndərdiyi məktubun mətni üzə çıxdıbackend

Paşinyanın Putinə göndərdiyi məktubun mətni üzə çıxdı

Dağlıq Qarabağda vəziyyətin pisləşməsi və Ermənistanın çarəsiz vəziyyətə düşməsi  Nikol Paşinyanı Vladimir Putinə yalvarış dolu bir məktub göndərməsinə məcbur etdi. Məktuba isə Putin yox, Rusiya Xarici İşlər Nazirliyi cavab verdi. Xarici İşlər Nazirliyi Moskvanın müttəfiqlik öhdəliklərinə sadiq qaldığını və Ermənistan ərazisində hərbi əməliyyatlar başlayacağı təqdirdə İrəvana lazımi köməkliklərin göstərəcəyini vurğuladı.

KONKRET.az xəbər verir ki, “Qlavnoye net” portalı məktubun mətninin sosial şəbəkələrə ötürüldüyünü yazıb.Sosial şəbəkələrdə Paşinyanın bu hərəkəti sərt şəkildə tənqid olunub. Onun çarəsiz durumu lağa qoyulub.

“Əziz atam, bizi məhv etməyin, kiçik və çox qürurlu olmayan Ermənistanın düşmənlər tərəfindən lağa qoyulmasına imkan verməyin”, – deyən sosial şəbəkə istifadəçiləri Paşinyanın mesajının mətnini paraflaşdırıbar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*