Paşinyanın qohumu Azərbaycana axan çayın qabağını kəsdi – VİDEObackend

Paşinyanın qohumu Azərbaycana axan çayın qabağını kəsdi - VİDEO

Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyan Tovuz rayonu ilə həmsərhəd Doveq kəndində Azərbaycana axan çayın qabağını ekskovatorla kəsib. Və özünün Facebook səhifəsində bu barədə video paylaşıb.

KONKRET.az-ın məlumatına görə, Paşinyan bildirib ki, daha bu çayın suyu Azərbaycana axmayacaq.

O, Doveq kəndinin əkin sahələrinin az bir qisminin çaydan özaxınla suvarıldığını, qalan hissəsinin susuzluqdan əziyyət çəkdiyini deyib. Ona görə də deputat kənddə yeni nasos stansiyasının tikildiyini deyib. “İşlər davam edir, son ştrixlər qalıb. Tezliklə yekunlaşdıracağıq və kəndlilərimiz bu çayın suyundan Azərbaycana axıb getməzdən qabaq istifadə edəcəklər”,-Paşinyanın qohumu bildirib.

Qeyd edək ki, ermənilərin həm işğal edilmiş ərazilərdə, həm Ermənistanın sərhəd ərazilərində Azərbaycana axan çayların qabağını kəsməsi ilk hal deyil. İllərdir işğalçılar Sərsəng su anbarını bağlayaraq yayda Tərtər kəndlərini susuz qoyurlar. pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*