Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
15:07
Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1 nəfərin müalicəsi davam etdiriir.
Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib.
14:33
Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:
“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. Nəticədə 3 nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
13:21
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.
Qəza iki “Mercedes” markalı minik avtomobilin iştirakı ilə qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.


