Peruda 3 yerli lider silahlı hücum nəticəsində həyatını itirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin mərkəzi hissəsində yerləşən Huanuko şəhərində naməlum silahlı şəxslər yerli liderlərə hücum ediblər.
İstintaq üç yerli liderin, o cümlədən bir qadının hadisə yerində öldüyünü təsdiqləyib.
Peru Regional Təşkilatı və Regional Yerli Xalqlar Dərnəyi birgə bəyanat yayaraq liderlərin öldürülməsini pisləyib və hücumda narkotik ticarəti ilə məşğul olan mafiyanı günahlandırıb .
Bölgədə indiyədək 14 yerli liderin öldürüldüyünə diqqət çəkən açıqlamada, səlahiyyətli qurumlardan tədbir görmələri istənilib.
İqbal Rzayev,
KONKRET.az
