Peskov Əliyevin Qarabağdakı yeni bir dəhlizlə bağlı təşəbbüsünü qiymətləndirməkdən imtina etdibackend

Peskov Əliyevin Qarabağdakı yeni bir dəhlizlə bağlı təşəbbüsünü qiymətləndirməkdən imtina etdi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda yeni nəqliyyat dəhlizinin yaradılması barədə bəyanatını şərh etməkdən imtina edib. Eyni zamanda Kreml təmsilçisi nəqliyyat məsələlərinin Moskva və Bakıdakı səlahiyyətlilərin gündəmində olduğunu qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda deyilir ki, “Peskov xatırladıb ki, telefon danışığında Putin və Əliyev digər problemlərlə yanaşı, Qarabağda nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılmasını da müzakirə etdilər”.

Agentlik “Peskovdan qeyri-müəyyən cavab verməsinin səbəbi Əliyevin yeni dəhliz ideyasının Putinlə razılaşma mərhələsində olmasıdırmı? – deyə soruşduqda Kremlin sözçüsü bu suala müsbət cavab verib.

Xatırladaq ki, Prezident İlham Əliyev Laçın dəhlizinə paralel olaraq Naxçıvanla Azərbaycanı birləşdirəcək yeni nəqliyyat magistralının dəyişdirilməsini təklif etmişdi. Azərbaycan Prezidenti bu təşəbbüsün Putin və Türkiyə lideri Rəcəb Ərdoğan tərəfindən təsdiqləndiyini deyib. Əslində noyabrın 10-na keçən gecə Putin və Əliyev, habelə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan anlaşmada da bu məsələ ayrıca bənd kimi qeyd edilir.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*