Kreml Lukaşenkonun Rusiya ilə münasibətlərdəki “həqiqət anı” barədə emosional açıqlamasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya 1”ə verdiyi müsahibədə Belarus liderinin duygusal hissini anladığını söyləyib.
Onun sözlərinə görə, hər iki prezident ikitərəfli əməkdaşlığın inkişafı üçün çox iş görür, Rusiya və Belarus suveren dövlət olaraq qalır. Prezident Lukaşenko ölkəsinin maraqlarını qoruyur və buna uyğun davranır.
“Ancaq onlar hal-hazırda şahid olduğumuz müttəfiq, ortaq maraqlar naminə bir araya gəlirlər”. Peskov belə deyib.
Bundan əvvəl “Rambler” yazıb ki, Vladimir Putinlə gələcək görüşündən danışan Aleksandr Lukaşenko yaxınlaşan “həqiqət anını” xatırladıb və Belarusun heç vaxt başqa bir dövlətin tərkibində olmayacağını vurğulayıb.
Putin və Lukaşenko cümə günü Soçidə danışıqlar aparıblar. Görüş neft və qaz tədarükü ilə bağlı mövcud olan mübahisə ətrafında olub. Lukaşenko endirim istəyib, amma bu, rədd edilib. Neft və qaz Belarusa 2019-cu il şərtləri ilə veriləcək. Qiymətlər və həcmlər bazar tərəfindən tənzimlənəcək.
Babək Göyüş
KONKRET.az
