Poklonskaya milliyətcə kimdir? – Rusiyalı deputat genetik test sifariş etdibackend

Poklonskaya milliyətcə kimdir? – Rusiyalı deputat genetik test sifariş etdi

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini, Krım deputatı Natalya Poklonskaya Moskva klinikasında bir genetik test sifariş edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, “Facebook”dakı səhifəsində yazıb.

Poklonskayanın “Russkaya ukrainka” sözləri ictimai müzakirələrə səbəb olub. Millət vəkili izah edib ki, “ətrafındakı mifləri dağıtmaq” üçün bir test etmək qərarına gəlib.

Test Poklonskayanın mənşəyini və genetik köklərini göstərməlidir. O, valideynləri ilə qürur duyduğunu və damarından hansı millətin qanının axdığını bilmək istədiyini qeyd edib.

Xatırladaq ki, Natalya Poklonskaya 1980-ci il martın 18-də Ukraynanın Voroşilovqrad vilayətinin Mixaylovka yaşayış məskənində dünyaya gəlib. Valideynləri Krımda yaşayır. Ukrayna dilində sərbəst danışır. Anastasiya adlı 15 yaşlı qızı var.

Babək Göyüş

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*