“Politik.am”: “Ararat Mirzoyan hakimiyyəti Nikol Paşinyandan almaq istəyir”backend

“Politik.am”: "Ararat Mirzoyan hakimiyyəti Nikol Paşinyandan almaq istəyir"

Ölkədəki daxili siyasi gərginlik davam edir. Nikol Paşinyanın batırdığı gəmini xilas etməyin yollarını axtaran müxtəlifət getdikcə təşəkkül tapır. Bu prosesdə aparıcı rolu isə Milli Məclisin sədri Ararat Mirzoyan oynayır.

KONKRET.az xəbər verir ki, bu barədə “Politik.am! məlumat yayıb. Məlumatda deyilir ki, ”Ararat Mirzoyan Paşinyanın gücünü itirdiyini yaxşı bilir. Ona görə bütün gücləri imkan daxilində əlində cəmləşdirmək istəyir. Bu hədəfə çatmaq üçün ilkin şərt Rusiya siyasi elitası ilə əlaqələrin qurulmasıdır”.

Nəşr daha sonra yazır ki, ”Əldə etdiyimiz məlumata görə, Ararat Mirzoyan bu istiqamətdə müəyyən addımlar atıb. Ən azından bu dövrdə Rusiya tərəfini onun Nikol Paşinyandan ayrı fəaliyyət göstərdiyinə inandırıb. Bunun bir sübutu Ararat Mirzoyanın döyülməsi faktının Rusiya Federasiyası Federal Məclisinin sədri Valentina Matviyenko və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən pislənməsidir. Lakin bu, rusların ona hakimiyyətə gəlməsinə kömək edəcəkləri anlamına gəlmir.  Çünki keçmişi ilə bağlı bir çox sual var. Birincisi, Ararat Mirzoyan müxalif rejimi dəstəklədiyi illərdə Rusiya səfirliyi qarşısında etiraz aksiyaları keçirən fəallar arasında idi və bunu təsdiqləyən bir çox fotoşəkil və video material var. İkincisi, “Sorosçular” onun komandasının bir hissəsidir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*