Poloskova: Ermənistan axmaq siyasətindən əl çəkməsə, bu, onlar üçün baha başa gələcək”backend

Poloskova: Ermənistan axmaq siyasətindən əl çəkməsə, bu, onlar üçün baha başa gələcək"

“Paşinyan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. O, həmişə şikayət edir və özünə yeni müttəfiqlər axtarır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı siyasi elmlər doktoru, birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın hal-hazırda Azərbaycanla dövlət sərhədi yoxdur. Çünki iki ölkə arasında delimitasiya və demarkasiya işləri aparılmayıb. Azərbaycan tərəfi təklif edir ki, bu proses başlansın.

“Görünən odur ki, Paşinyanın hərəkətləri xaotikdir”, –  deyən rusiyalı ekspertin fikrincə, əgər yaxın vaxtlarda Ermənistan sülh müqaviləsini imzalamasa, axmaq siyasətindən əl çəkməsə, bu, onlar üçün baha başa gələcək: “Ermənilər Rusiyaya bu mövzuda arxalanmasınlar. Çünki Rusiya Azərbaycanla, Türkiyə ilə münaqişədə maraqlı deyil.

Rusiya və Azərbaycan postmünaqişə mərhələsində Fransanın hansısa tənzimlənmə prosesində iştirakını istəmir.

Amma Ermənistan başqa variant qoymur. Heç kim müharibə istəmir. Amma məni bağışlayın, əgər Ermənistan sülh müqaviləsini imzalamaq niyyətini ortaya qoymazsa, nəqliyyat dəhlizlərinin açılması prosesini ləngidərsə, Azərbaycanın başqa yolu qalmır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*