Polşa səfiri Rusiya XİN-ə çağırıldıbackend

Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir üç rusiyalı diplomatın Polşadan çıxarılması ilə bağlı XİN-ə dəvət olunub.

Qeyd edək ki, 15 apreldə Polşa Rusiya səfirliyinin 3 diplomatının “persona non qrata” elan edildiyini bildirib. Buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*