Prezident 2 rayona icra başçısı təyin etdi – SƏRƏNCAMbackend

Prezident 2 rayona icra başçısı təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

KONKRET.AZ xəbər verir ki, Prezident İlham Əliyev Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Bundan başqa, Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

Prezident İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*