Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
KONKRET.az xəbər verir ki, onların arasında DVX-nin rəisi Orxan Nəzərli də var.
Belə ki, dövlət başçısının sərəncamı ilə Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün DVX-nin bir neçə əməkdaşına ali xüsusi rütbələr verib, bir qrup əməkdaşını isə təltif edib.
