Prezident İlham Əliyev Nicat İmanova ali xüsusi rütbə verdibackend

Prezident İlham Əliyev Nicat İmanova ali xüsusi rütbə verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

KONNKRET.az xəbər verir ki, onların arasında DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov da var.

Belə ki, dövlət başçısının sərəncamı ilə Nicat Şükür oğlu İmanova “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün DVX-nin bir neçə əməkdaşına ali xüsusi rütbələr verib, bir qrup əməkdaşını isə təltif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*