Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvar- xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.
