“Prezidentin bu hərəkəti dünya liderlərinə örnək olmalıdır” – Hacı Şahinbackend

"Prezidentin bu hərəkəti dünya liderlərinə örnək olmalıdır" - Hacı Şahin

Ölkə başçısının Şuşa şəhərində yerləşən tarixi Aşağı Gövhər ağa məscidinə girərkən göstərdiyi ehtiram və hörmət təqdirəlayiqdir. Cənab Prezidentin Ağdamdakı Cümə məscidində olduğu kimi, Aşağı Gövhər ağa məscidinə də Məkkə şəhərindən gətirdiyi Quranı hədiyyə etməsi gözəl bir ənənənin davamıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri zamanı tarixi Aşağı Gövhər ağa məscidini ziyarət etmələri haqda danışarkən deyib.

Hacı Şahin Prezidentin bu ziyarətini tarixi hadisə adlandırıb:

“Ölkə başçısı 44 günlük müharibədən öncə bəyan edirdi ki, biz işğaldan azad edilən ərazilərimizə qayıdacaq, tarixi məscidlərimiz və digər dini məbədlərimizi bərpa edəcəyik. Prezidentin hər iki məscidə öz ehtiramının nişanəsi olaraq ayaqyalın girməsi və Məkkədən gətirdiyi Quranı hədiyyə etməsi onun dini abidələrə hörmətinin növbəti təcəssümüdür.

Əslində, Prezident İlham Əliyevin bu hərəkəti bütün dünya liderlərinə örnək olmalıdır. Çünki Şuşa şəhərindəki Aşağı Gövhər ağa məscidi və digər işğal zamanı dağıdılan məscidlərə dünya ictimaiyyəti, xüsusən də islam dünyası səssiz qaldı. Şuşa şəhəri təkcə Azərbaycanın deyil, islam dünyasının mədəniyyət paytaxtıdır. Yeri gəlmişkən, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də bunu elan etdi. Ümid edirəm, bundan sonra islam dünyası bu məsələyə xüsusi diqqət ayıracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*