Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?backend

Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki,  Azərbaycan Respublikasının Quru Qoşunlarının zabiti olan Kənan Seyidov fəaliyyəti ilə seçilən hərbçilərdəndir.

K.Seyidov 2003-cü ildə kapitan qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb.

O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*